• HADİSƏ

    04:34 1 may 2019

Bakıda yol nişanına məhəl qoymayan sürücü qəza törədib - VİDEO

Bakının Nəsimi rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, avtoqəza Nizami və Rixard Zorge küçələrinin kəsişməsində qeydə alınıb.

Zorge küçəsi ilə hərəkətdə olan “Mercedes” markalı avtomaşının sürücüsü Nağdəliyev Elçin Bayram oğlu yol nişanının tələbini pozaraq Nizami küçəsilə hərəkət edən “Kia” markalı minik avtomobilinin yoluna çıxıb. Nəticədə hər iki avtomaşın toqquşub.

Qəza zamanı “Kia” markalı avtomobilin sürücüsü Şamilov Sadiq Elxan oğlu yüngül xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR