• HADİSƏ

    17:19 29 may 2019

Bakıda yol polisini bıçaqlayan şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Elman Sadıxov və Elçin İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ONA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 14-də Maştağa qəsəbəsində baş verib. Hər iki şəxs Dövlət Yol Polisinin əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb. E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib. Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub. Daha sonra polis əməkdaşını bıçaqlayan şəxslər saxlanılıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR