• HADİSƏ

    19:16 16 aprel 2019

Bakıda iki maşın toqquşub, biri hasara çırpılıb - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə Ramana qəsəbəsindəki Şuşa şəhərciyinin ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil “Land Rover”i arxadan vurub.

Zərbənin təsirindən “Land Rover” yolun kənarındakı hasara çırpılıb.

Qəza nəticəsində avtomobillərə ziyan dəyib, ölən və xəsarət alan yoxdur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR