• HADİSƏ

    01:42 17 iyun 2020

Bakıda yol qəzası baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb - FOTO - VİDEO

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Qobustan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Beləki “BMW” markalı avtomobillə “Renault” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən “BMW” markalı avtomobil aşıb.

Nəticədə “BMW”nin sürücüsü hadisə yerində ölüb. 1986-ci il təvəllüdlü Sadıqov İsmayıl Füzuli oğlu və daha bir nəfər - Musayev Vasif ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR