Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1954-cü il təvəllüdlü Əliyev Teyyub Qulaməli oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
T.Əliyev ağır bədən xəsarətləri alıb.
Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.