Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, Bəkir Çobanzadə küçəsində “Mercedes” markalı avtomobil dairədə hərəkətdə olan “Ford” markalı kiçik tutumlu nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılıb.
Nəticədə “Mercedes” deformasiya uğrayıb. “Ford”-un sürücüsü Sabir Rəhimov ONA-ya verdiyi müsahibəsində bildirib ki, qəzaya səbəb minik avtomobilinin sürücüsü olub.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.