Nərimanov rayonunda təhlükəsizlik kəmərini bağlamaq istəyən sürücü idarəetməni itirib.
ONA-nın xəbərinə görə, hadisə metronun Gənclik stansiyasının yaxınlığındakı tuneldə baş verib.
Belə ki, sürücünün ONA-ya verdiyi məlumata görə, tuneldə sərt döngədə o təhlükəsizlik kəmərini bağlamaq istəyib bu zaman sükana nəzarəti itirib. Nəticədə FORD markalı yük avtomobili tunelin səkisinə çırpılıb.
Baş vermiş hadisə ilə bağlı əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.