• HADİSƏ

    03:31 30 aprel 2019

Bakıda yük maşını aşıb, 2 nəfər yaralanıb

Paytaxtın Buzovna qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONA xəbər verir ki, hərəkətdə olan "QAZ 51" markalı yük avtomobilinin sürücüsü 1955-ci il təvəllüdlü Amayev Zaur Lətif oğlu ani idarəetməni itirrib. Nəticədə avtomobil aşıb.

Qəza zamanı sürücü sağ dirsəyindən, sərnişin 1987-ci il təvəllüdlü Əliyev Elçin Mahmud oğlu isə döş qəfəsindən xəsarət alıblar.

Onlar 3 saylı Şəhər Kliniki Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR