• HADİSƏ

    01:37 17 dekabr 2019

Bakıda yük maşını ilə minik maşını toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Azadlıq prospekti-Binəqədi şossesində qeydə alınıb.

"Shacman" markalı yük maşını ilə "Volkswagen" markalı minik maşınının toqquşması nəticəsində bir nəfər - minik avtomobilinin sürücüsü xəsarət alıb.

Hadisənin səbəbləri araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR