• HADİSƏ

    00:35 2 iyun 2019

Bakıda yük maşını qəza törədib, 2 azyaşlı xəsarət alıb - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda yük maşını qəza törədib.

ONA xəbər verir ki, Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə qeydə alınmış qəza zamanı "MAZ" markalı yük maşını Yamin Əsgərovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub.

Bildirilir ki, avtomobillərin hər ikisi eyni istiqamətdə hərəkətdə olub. Bu vaxt yük maşını minik maşınını sol yandan vuraraq əks istiqamətdə çevirib. Nəticədə "Mercedes"də olan iki azyaşlı yüngül xəsarət alıb.

Hadisənin təfərrüatlarını Nərimanov polisi araşdırır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR