Bakıda yük maşını qəzaya səbəb olub, xəsarət alan var - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 01:11 22 İyun 2019

Bakıda yük maşını qəzaya səbəb olub, xəsarət alan var - FOTO - VİDEO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, avtoqəza “Şamaxinka” adlanan ərazidəki yolötürücü tuneldə qeydə alınıb.

Bildirilir ki, “Shacman” markalı yük maşını nasaz olduğu üçün tunelin girişində yol kənarında dayanmış vəziyyətdə olub. Bu vaxt “Volkswagen” markalı avtomobil gəldiyi sürətlə ona çırpılıb. Nəticədə avtomobilin sürücüsü xəsarət alıb.

Bir qədər sonra eyni istiqamətdə hərəkət edən “KaMAZ” markalı yük maşını da eyni avtomobilə çırpılıb.

Hadisənin səbəblərini Yasamal polisi araşdırır.

Nurlan Əli

Teqlər: Bakı qəza

OXŞAR XƏBƏRLƏR