• HADİSƏ

    06:31 29 may 2019

Bakıda yük maşını qəza törədib, xəsarət alan var - FOTO - VİDEO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Ziya Bünyadov prospektindəki körpünün üzərində metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan "Shacman" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib.

"Shacman" eyni istiqamətdə yolun sol zolağı ilə gedən "Chevrolet" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən minik avtomobili yolayırıcı betona çırpılıb. Hadisə nəticəsində minik maşınında olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar hadisə yerinə Yol və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR