• HADİSƏ

    11:58 11 mart 2019

Bakıda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, martın 9-da saat 18 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini N.Cəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanan R.Əsgərovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin arxa hissəsinə vurub və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR