• HADİSƏ

    23:05 9 mart 2021

Bakıda yüksək sürətlə tunelə girən avtomobil aşıb, tıxac yaranıb - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Belə ki, rayon ərazisindəki tuneldə Elnur Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb.

“Hyundai” beton yol ayrıcına, daha sonra işıq dirəyinə çırpılaraq yolun əks tərəfinə keçib.

Sürücü E.Əhmədov qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində Ziya Bünyadov prospektində hər iki istiqamətdə tıxac yaranıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR