• HADİSƏ

    10:52 17 aprel 2019

Bakıda zavodda üzərinə dəmir boru düşən fəhlə ölüb

Bakıda zavodda bədbəxt hadisə baş verib.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bünyad Sərdarov adına Maşınqayırma Zavodunda qeydə alınıb. Orada işləyən, 1967-ci il təvəllüdlü Kərim Ələddin oğlu Kərimovun üzərinə ağır çəkili metal boru düşüb. Nəticədə K.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb.

Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR