Bakıda zəncirvari qəza zamanı beş avtomobil əzilib, xəsarət alanlar var - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 03:37 11 Fevral 2021

Bakıda zəncirvari qəza zamanı beş avtomobil əzilib, xəsarət alanlar var - FOTO - VİDEO

Bakının Səbail rayonunda beş avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Səməd Vurğun və Üzeyr Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Maserati" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Maserati" Nicat Cəfərova məxsus "Jeep"ə, daha sonra "Chrysler" və "Hyundai"a dəyib.

Qəza nəticəsində 2001-ci il təvəllüdlü Mehbalıyev Kənan Ramiz oğlu və 1984-cü il təvəllüdlü Xryaşkin Aleksey İqoroviç müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, K.Mehbalıyevin vəziyyəti ağırdır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, "VAZ 2115" markalı avtomobil yol ayrıcını işıqforun qırmızı işığında keçib.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR