• HADİSƏ

    21:00 5 iyul 2020

"Fairmont Baku" otelində karantin qaydalarını pozanlar saxlanılıb - RƏSMİ - VİDEO - YENİLƏNİB

Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

***

Saat 17:25

Polis Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirir.

APA-nın məlumatına görə, hazırda polis qaydaları pozan şəxsləri bölməyə aparır.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən görüntülər yayılıb. Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib. Yayılan görüntülərdə xeyli sayda insanın ümumi hovuzdan istifadə etdiyi də görünür. Həmçinin otelin rəsmi instagram səhifəsindən də vətəndaşları otelə dəvət edərək istirahət etməyə çağırış ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR