Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 19:18 09 May 2021

Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb - FOTO

Bakıdan Zaqatalaya gedən “Mersedes Bens  VİTO ” markalı mikroavtobus qəzaya uğrayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini,  Şahin Əflatun oğlu Əlixanovun idarə etdiyi “Mersedes Bens  VİTO ” markalı,  99 SC 071 dövlət nömrə mikroavtobus ilə Bakıdan Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın aşıb. Qəza baş verən zaman avtomobildə sürücü və 5 nəfər sərnişin olub.

Qəza zamanı xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər: Zaqatala qəza

OXŞAR XƏBƏRLƏR