• HADİSƏ

    23:36 27 mart 2019

Bakıda nasaz avtomobil qəzaya səbəb olub - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

ONA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Rəşad İsmayılovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil nasaz olduğu üçün aşağı sürətlə hərəkət edirmiş. Bu zaman arxadan yüksək sürətlə gələn və Vidadi İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Jiquli"yə çırpılıb. Nəticədə sonuncu avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR