Bakıda 9 yaşlı uşağı elektrik cərəyanı vurub.
ONA xəbər verir ki, hadisə Binəqədi rayonu, K.Rəhimov küçəsində baş verib.
2010-cu il təvəllüdlü Hüseynov Natiq Ziyarət oğlu evlərinin həyətində oynayarkən elektrik dirəyinə toxunub və elektrik cərəyanının vurması nəticəsində xəsarət alıb.
Azyaşlı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona qapalı kəllə-beyin travması, alın və bədənin sıyrılmış yaraları diaqnozu qoyulub.
N.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.