Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ONA xəbər verir ki, hadisə metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında qeydə alınıb.
Avtomobil yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Mehdiyev Əmirxan Manaf oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.