• HADİSƏ

    17:46 30 aprel 2019

Bakının çıxışında yük maşını aşıb, tıxac yaranıb - FOTO

Bakıda yük maşını aşıb.

ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Saipa” markalı avtomobil dönmə əməliyyatı edərkən idarəetməni itirərək “Mercedes” markalı yük avtomobilinin sol hissəsinə çırpılıb. Nəticədə yük avtomobili aşıb və yolda böyük tıxac yaranıb. Hazırda əraziyə qaldırıcı kran gətirilib və yük avtomobilinin ərazidən götürülməsi işlərinə başlanılıb. Avtomobillərin sıxlığı davam edir.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR