• HADİSƏ

    09:33 30 mart 2019

Bakının əsas prospektlərində sürət həddi endirilib

Bakının əsas prospektlərində sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən məlumata görə, hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar paytaxtın Heydər Əliyev prospekti, Hava Limanı-Buzovna yolu və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərdən xahiş edir ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR