• HADİSƏ

    13:11 9 aprel 2019

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR