Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 02:47 13 Dekabr 2019

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb.

Avtoqəza zamanı Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı minik maşını ilə Lamiyə Əbəçiyevanın idarə etdiyi “Jeep Grand Cherokee” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra sürücülər arasında mübahisə də yaranıb. Hətta “Jeep” markalı avtomobilin xanım sürücüsü APA-nın çəkiliş qrupuna da təzyiqlər göstərib.

Əraziyə polis əməkdaşları cəlb olunub və müayinələr aparılıb. Sürücülər ifadələrinin alınması üçün polis orqanına dəvət edilib.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR