• HADİSƏ

    21:15 2 avqust 2019

Bakının Nəsimi rayonunda "Niva" dayanmış avtomobilə çırpılıb - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Azadlıq prospektində qeydə alınıb.

Belə ki, İsmayılov Mahir Sabir oğlunun idarə etdiyi “VAZ 2121” (“Niva”) markalı minik maşını manevr zamanı idarəetmədən çıxıb və yolun kənarında dayanmış Xasayev Sərdar Yengibar oğluna məxsus “BMW” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Hadisənin səbəbləri araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR