• HADİSƏ

    01:33 28 yanvar 2020

Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Mirəli Qaşqay və Hənifə Ələsgərov küçələrinin kəsişməsində qeydə alınıb.

Yol qəzası zamanı 3 - "Mercedes", "BMW" və "VAZ 21011" markalı minik maşınları toqquşub. Nəticədə "Mercedes"in sürücüsü yüngül xəsarət alıb.

Hadisənin səbəbləri araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR