Bakının mərkəzində yanğın baş verən bina Mədəniyyət Nazirliyinə məxsusdur.
Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov ONA-ya bildirib ki, yanğın baş verən binada Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yerləşir. Yanğın binanın 3-cü mərtəbəsində meydana gəlib. Nəticədə 3-cü mərtəbədəki otaqlar və binanın damı yanıb.
Yanğın söndürülüb, xəsarət alan yoxdur.
Saat 10:02
***
Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
ONA nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb. Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 m2 olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə, digər otağın və dəhlizin tavanı 20 m2 sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Saat 08:48
***
Bakının mərkəzində yaşayış binası yanır.
ONA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Topçubaşov küçəsindəki üçmərtəbəli binada baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Füzuli küçəsi, Qış parkının yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər həyata keçirilir.
Yanğının səbəbləri barədə hələlik bir məlumat yoxdur.
Orxan Məmmədli