• HADİSƏ

    13:01 26 mart 2019

Ticarət mərkəzində yanğının ətrafa yayılmasının və açıq alovun qarşısı alınıb - FOTO - YENİLƏNİB-3 - VİDEO

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

FHN-dən ONA-ya verilən məlumata görə, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Əlavə məlumat veriləcək.

***

11.44

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

10.16

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Bu barədə ONA-ya FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

09.52

Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

ONA-nın xəbərinə görə, bu barədə FHN-in mətbuat xidməti açıqlama yayıb.

Əlavə məlumat veriləcək.

* * *

Saat 09:15

Fövqəladə Hallar Nazirliyi "Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

ONA-nın xəbərinə görə, bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

* * *

Saat 08:52

Bakıda tanınmış ticarət mərkəzində güclü yanğın davam edir.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən maşınları cəlb olunub. Şahidlərin sözlərinə görə, yanğın birinci mərtəbədəki dönərxanadan başlayıb və tez bir zamanda yuxarı mərtəbələrə doğru qalxıb.

Xilasedicilər hazırda binada olan vətəndaşları təxliyyə edir.

***

Saat 08:34

Bakının Nizami rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) ONA-ya verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb.

Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən dönərxana köşkündə hazırda yanğın davam edir. Dönərxananın yerləşdiyi ərazi sıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.

Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR