• HADİSƏ

    02:11 16 iyun 2019

Bakının Nizami rayonunda piyadanı avtomobil vurub - FOTO

Bakıda 25 yaşlı piyadanı avtomobil vurub.

ONA xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, Elnur adlı şəxs idarə etdiyi “Jeep” markalı avtomobillə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 25 yaşlı Nicatı vurub. Yaralı Bakı Şəhər Baş DYP İdarəsinin 450 qeydiyyatlı xidməti avtomobilinin müfəttişləri tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti hazırda ağırdır.

Yol qəzası ilə bağlı Nizami polisi araşdırma aparır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR