Bakının Nizami rayonu ərazisində yol qəzası zamanı piyada xəsarət alıb.
APA-nın məlumatına görə, avtoqəza İlqar Musayev küçəsində baş verib.
1998-ci il təvəllüdlü Qənbər Atayev idarə etdiyi "Opel" markalı avtomobillə yolun ortasında dayanan 1967-ci il təvəllüdlü Səbziyev Minəxan Aslan oğlunu vurub. Sürücünün verdiyi məlumata görə, həmin şəxs sərxoş vəziyyətdə olub.
Xəsarət alan piyada təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.