Bakının Qaradağ rayonunda minik maşını yük maşınına çırpılıb, ölən var
  • HADİSƏ

  • 23:39 30 May 2019

Bakının Qaradağ rayonunda minik maşını yük maşınına çırpılıb, ölən var

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, Sahil qəsəbəsində baş vermiş qəza zamanı "BMW" markalı minik maşını "KaMAZ" markalı qoşqulu yük maışınına çırpılıb.

Nəticədə minik maşınının sürücüsü 1986-cı il təvəllüdlü Quliyev Rəşad Əbülfəz oğlu hadisə yerində dünyasını dəyişib. Sükan arxasında sıxılıb qalmış sürücünü oradan çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və minik avtomobilinin sürücüsü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol qəzasının təfərrüatları araşdırılır.

Orxan Məmmədli

Teqlər: Bakı qəza FHN

OXŞAR XƏBƏRLƏR