• HADİSƏ

    01:19 21 noyabr 2019

Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır - FOTO

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Məmmədov Elşad Həmid oğlunu “Mercedes” markalı avtomobil vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR