• HADİSƏ

    03:34 23 fevral 2020

Bakının Səbail rayonunda iki avtomobil toqquşub - FOTO

Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində qeydə alınıb.

"Mitsubishi" markalı avtomobil Nizami küçəsi ilə hərəkətdə olan zaman Murtuza Muxtarov küçəsi ilə gələn "Volkswagen" markalı minik maşınının sürücüsü yol hərəkət nişanının tələbi əsasında ona yol verməyib və qəza törədib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Yol qəzasının təfərrüatları araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR