• HADİSƏ

    17:39 25 aprel 2019

Bakının tanınmış klinikası "Azərişıq"ı məhkəməyə verib

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "LOR Hospital" MMC-nin "Azərişıq" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və artıq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiaya baxılıb.

ONA-nın xəbərinə görə, hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, klinikanın iddiası təmin edilib.

Belə ki, "Azərişıq" ASC tərəfindən tərtib edilmiş akt əsasında artıq ödənilmiş 1263 manat məbləğində pul vəsaitinin alınaraq, "LOR" Hospital MMC-yə qaytarılmasına qərar verilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR