Bakının Xətai rayonunda 31 yaşlı kişini avtomaşın vurub.
ONA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsində baş verib.
Minik avtomobili 1988-ci il təvəllüdlü Paşayev Elmin Hatəm oğlunu vurub. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin və sol ayağın əziyi diaqnozu qoyulub. İlkin tibbi yardım göstərilən E.Paşayevin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.