Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 07:48 02 İyul 2019

Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub.

***

Saat 00:00

Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib.

ONA xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.

Belə ki, yolda tıxac yarandığından "Hyundai SantaFe" markalı avtomobilin sürücüsü Rafiq Rzayev əyləcdən istifadə etməli olub. Bu vaxt arxadan gələn "Hyundai Grandeur" markalı digər avtomobilin sürücüsü Ziya Axundov ara məsafəsini qoruya bilmədiyindən nəqliyyat vasitəsini İntiqam Orucovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpıb, o da öz növbəsində qarşısındakı "Hyundai SantaFe"yə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, ancaq avtomobillərə ziyan dəyib.

Nurlan Əli

Teqlər: Bakı qəza

OXŞAR XƏBƏRLƏR