Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, avtoqəza Tbilisi prospektində qeydə alınıb.
Belə ki, Xaqani Səfərov idarə etdiyi "BMW" markalı avtomobillə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən qəfildən yola daxil olan 50-55 yaşlı kişini vurub. Payada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.