Balakəndə bir nəfər dəm qazından, daha bir nəfər isə qidadan zəhərlənib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Qazbinə kənd sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Yaşaq qızı Qasımova yaşadığı ünvanda vanna otağında dəm qazından, Mahmalar kənd sakini, 1996-cı il təvəllüdlü Aytəkin Bayram qızı Göylərova isə qidadan zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Hər iki şəxsin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Həkimlərin müdaxiləsindən sonra Ş. Qasımova və A. Göylərovanın vəziyyətləri stabilləşib.