• HADİSƏ

    03:35 12 iyun 2020

Balakəndə ağır avtoqəza zamanı ölənlərin adları məlum olub - YENİLƏNİB

Balakəndə minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 11-də axşam saatlarında Balakən-Kortala avtomobil yolunda baş verib.

Rayonun Qazma kənd sakini, 1998-ci il təvəllüdlü Elçin Fərman oğlu Verdiyevə məxsus “VAZ 2115” markalı minik avtomobili yüksək sürətlə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişinlər - rayonun Qazma kənd sakinləri, 1994-cü il təvəllüdlü Kənan Ayaz oğlu Yüzbaşiyev və 1998-ci il təvəllüdlü Elçin Fərman oğlu Verdiyev aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan daha iki nəfər - 1993-cü il təvəllüdlü Balakən şəhər sakini Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Qazma kənd sakini Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır kimi olduğu bildirilir.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Saat 00:05

Balakəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki Balakən sakini hadisə yerində dünyasını dəyişib, daha iki nəfər – Balakən sakinləri, 1993-cü il təvəllüdlü Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Hazırda ölən şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir. Fakt Balakən RPŞ tərəfindən araşdırılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR