Balakəndə əvvəllər məhkum olunmuş şəxs narkotikə görə yenidən saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın yerli bürosuna istinadən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hənifə kənd sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı Rövşən Bahalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən 7 ədəd kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.