Balakəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mersedes”markalı avtomobil yolu keçmək istəyən 15 yaşlı Sübhan Zahir oğlu Əfəndiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yeniyetmə Z.Əfəndiyev hadisə yerində keçinib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.