Balakəndə narkotik satan şəxs saxlanılıb
  • HADİSƏ

  • 09:42 17 Aprel 2019

Balakəndə narkotik satan şəxs saxlanılıb

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, Balakən  Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini 27 yaşlı Anar Dibirov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 430 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 Faktla bağlı araşdırma aparılır.

Məlahət Nəcəfova

Teqlər: narkotik Balakən DİN bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR