• HADİSƏ

    01:19 4 mart 2019

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər tutulub

Balakəndə narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər rayon sakini saxlanılıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Tədbir zamanı Balakən şəhər sakini, Abdulla Kamil oğlu Qallacov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və idarə etdiyi “VAZ 2107” markalı minik avtomobilinə baxış zamanı ümumilikdə 14,96 qaram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin istintaq zamanı A. Qallacov narkotik vasitəni rayonun Kortala kəndi ərazisində əkib-becərdiyi 5 ədəd narkotik bitki hesab edilən çətənə kollarından yığdığını bildirib.

Əməliyyatın davamı olaraq Balakən şəhər sakini Yaqub Məhəmməd oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun əynindəki şalvarın yan cibindən bir ədəd kibrit qutusunda ümumi çəkisi 9,29 qram qurudulmuş marixuana götürülüb.

Balakən şəhər sakini Rövşən Həmzət oğlu Nəsibov şübhəli şəxs qismində saxlanılarkən isə onun üzərindən ümumi çəkisi 7,42 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı R. Nəsibovun narkotik vasitənə yaşadığı ünvanın həyətində əkib-becərdiyi 4 ədəd narkotik bitki hesab edilən çətənə kollarından topladığı məlum olub.

Hər üç faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Vüqar Heydərov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR