• HADİSƏ

    08:41 2 aprel 2019

Balakəndə yol qəzası baş verib, bir nəfər ölüb - VİDEO

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində baş verib.

Balakən rayon Katex kənd sakini, 1982-ci il təvəllüdlü Mikanayev Rəvan Uleyşin oğlu idarə etdiyi "Lada Priora" minik avtomobili yolayrıcındakı dairəyə çırpıb.

R. Mikanayev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR