Azərbaycan ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri üçün istifadə olunması faktı ilə də üzləşib.
APA-nın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev BMT-nin korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli sessiyasında "İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi" adlı xüsusi tədbir zamanı deyib: “44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplayıb. Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib”.
.