• HADİSƏ

    16:36 28 mart 2019

Baş prokuror: “Diqlas"da yanğınla əlaqədar sahibkarlar dindiriləcək”

“Hadisə baş verən andan müvafiq qurumların birgə səyi nəticəsində vəziyyət nəzarət altına alınıb, insanlar həmin ərazidə təxliyə edilib”.

ONA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov Bakının Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilən müşavirədə söyləyib.

Z. Qaralov deyib ki, hadisə ilə bağlı cinayət işi açılıb: “Yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin edilib. Qısa vaxtda yaradılmış əməliyyat-istintaq qrupu tərəfindən bu ekspertizalar həyata keçiriləcək. Hadisə ilə bağlı sahibkarların dindirilməsi və ilkin ifadələrinin alınması istiqamətində işlər görüləcək. İstintaqın gedişi ilə bağlı vaxtaşırı dövlət başçısına məlumat veriləcək”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR