• HADİSƏ

    13:55 1 aprel 2019

Baş Prokurorluq nazirliyə 39 min, idarəyə 1500 manat ziyanı ödətdirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsində və Milli Arxiv İdarəsində aparılmış auditlərin nəticələri üzrə prokurorluq orqanlarına göndərilmiş materiallara dair Baş Prokurorluqdan Hesablama Palatasına məlumatlar təqdim edilib.

ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.

Həmin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi üzrə müəyyən edilmiş 38 min 744,12 manat ziyanın və Milli Arxiv İdarəsi üzrə İnzibati Xətalar Məcəlləsinin 445-1.1.2-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xəta üzrə 1500 manat məbləğində cərimənin ödənilməsi təmin olunub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR