2019-2020-ci illər ərzində qadınlar tərəfindən və qadınlara qarşı törədilən cinayətlərin statistikası məlum olub.
APA-nın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.
“2020-ci ilin birinci yarımilində qadınlar tərəfindən 463, 2019-cu ildə isə 1039 cinayət törədilib. 2020-ci ilin birinci yarımilində qadınlara qarşı 1291, 2019-cu ildə isə 3091 cinayət törədilməsi baş verib”, - deyə Baş Prokurorluqdan bildirilib.