"Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətləri ilə bağlı daim təhlillər aparılır".
ONA-nın xəbərinə görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
R. Usubov qeyd edib ki, bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir: "Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, bu qətllərin üstünün açılma faizi isə yüksəlir".
Rüstəm Usubov Ağstafada 4 nəfərin qətlə yetirilməsi ilə bağlı da açıqlama verib. Baş prokurorun müavini deyib ki, ailələr arasında uzunmüddətli dava olub: "Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət edib. O zaman buna nail olunmuşdu. Bunun nəticəsində verilən cəzaların müddəti azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".